İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşağı olmayanlara pornoqrafik saytlara giriş... - QALMAQALLI TƏKLİF

1017 08.02.2026 21:44 Dünya A A

Rusiyada Dövlət Dumasından növbəti qalmaqallı təşəbbüs səsləndirilib.

Musavat.com xəbər verir ki, deputat Tatyana Butskaya uşaqsız vətəndaşların pornoqrafik saytlara girişinin məhdudlaşdırılmasını təklif edib.

Onun sözlərinə görə, yeniyetmələrdə “hormonların daşması” baş verir və onlar pornoqrafik məzmun izləmək əvəzinə real cinsi münasibətlərlə məşğul olmalıdırlar.

Butskaya hesab edir ki, bu cür saytlar ailə dəyərlərinə zərər vurur.

Deputatın təklifinə əsasən, pornoqrafik saytlara giriş yalnız övladı olan şəxslər üçün açıq olmalıdır.

“Bəlkə bu saytlara girişi yalnız uşağı olanlara verək. İnsanlar sevgi ilə məşğul olmalıdırlar ki, uşaqları doğulsun”, - deyə Butskaya bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR