İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Təhlükəsizlik Şurası: “Moskvaya PUA hücumunu biz...”

1070 02.06.2023 17:42 Son xəbər A A

“Moskvaya pilotsuz uçuş aparatlarının (PUA) hücumu ilə Ukraynanın heç bir əlaqəsi yoxdur.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bunu Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oliksiy Danilov deyib.

O, bu hücumun Rusiyanın özü tərəfindən təşkil edilməsinin mümkünlüyünü ifadə edib: “Bəlkə də, onlar bu yolla hansısa əməliyyatlara hazırlaşırlar”.

O.Danilov Moskvanın Rusiyanın ən çox mühafizə olunan ərazisi olduğunu xatırladıb: “Hətta prezident Vladimir Putin də orada olur. O zaman müdafiə sistemləri haradadır?”

Qeyd edək ki, mayın 30-da Moskvaya PUA-larla hücum olub.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR