İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna buna görə Rusiya ilə savaşda uğur qazana bilmir - İLGİNC səbəblər

634 13.01.2025 13:30 Siyasət A A

“Ukrayna Rusiya ərazilərinə zərbələr endirsə də, faktiki olaraq öz ərazilərindəki cəbhə xətlərini dəyişməyə nail olmayıb, bunun ən azından 3 səbəbini sadalaya bilərik: Ukrayna qoşunlarında canlı qüvvə çatışmazlıqları hökm sürür. Ukraynaya verilən silahlar Rusiyanın aşkar hərbi üstünlükləri qarşısında tarazlıq yarada bilmir. Eləcə də Ukrayna döyüşləri yenidən qruplaşdırmaq və yeniləmək üçün Rusiyanın müdafiə istehkamlarını yarmaq potensialından uzaqlaşır”.

Musavat.com xəbər verir ki, bu fikirləri siyasi analitik Aqşin Kərimov öz sosial media hesabında bildirib.

AQSİN.jpeg (208 KB)

O qeyd edib ki, Ukraynada, Rusiyada danışıqlara dair fikir ayrılıqlarının hökm sürdüyünü demək olar, bunların fonunda yayılan bir neçə informasiya mümkün müzakirələrin əhatə dairəsini təsvir etməyə şərait yaradır:

“Belə ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanı təcrid etmək və NATO-nu zəiflətmək üçün müharibədən əvvəlki maksimalist tələblərini saxlayır. Eləcə də Putin Ukraynada müharibənin dayandırılması ilə bağlı Qərb liderləri ilə istənilən mümkün danışıqlarda bu tələbləri yerinə yetirməyi hədəfləyir. “Financial Times” Kremlin keçmiş yüksək rütbəli rəsmisinə və Putinlə bu mövzunu müzakirə edən başqa mənbəyə istinadən yazıb ki, Rusiya prezidenti Ukraynanın NATO-ya üzvlüyünə mane olmaq kimi müharibədən əvvəlki tələblərini davam etdirəcək. Kiyev istənilən nizamlanmanın mərkəzində atəşkəsə nəzarət oluna biləcəyinə dair qısamüddətli təminatlar almaqla daha uzunmüddətli təminatlar dayanan xətlərlə danışıqlara getməyə çalışır”.

Analitik vurğulayıb ki, Donald Trampın Ukrayna üzrə nümayəndəsi Keyt Kelloq keçən həftə 100 gün ərzində münaqişənin həlli üçün möhkəm və davamlı həll yolu tapacağına ümid etdiyini bildirib:

“Ukraynanın bu şərtlərlə qismən razı olduğunu demək mümkündür. Lakin Moskvanın dəyişməz hədəflərinin Tramp administrasiyasının planları ilə necə üst-üstə düşdüyü bəlli deyil. Ukraynanın taleyi Tramp-Putin danışıqlarının nəticəsində daha proqnozlaşdırıla bilən xarakterdə olacaq”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR