Abşeronda zavodda iki Hindistan vətəndaşının xəsarət alması, birinin daha sonra ölməsi ilə bağlı araşdırma aparılır.
Bu barədə Musavat.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 13-də saat 8 radələrində Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ərazisində külək turbinlərinin quraşdırma işləri zamanı 2003-cü il təvəllüdlü Hindistan vətəndaşı Harı Prakashinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi, həmyerlisi 1982-ci il təvəllüdlü Thattaru Padikkalın isə xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.