Xalq artisti Tünzalə Ağayeva illər əvvəl Əməkdar artist Vasif Məhərrəmli ilə aralarında yaşanan qalmaqaldan danışıb.
Müğənni bu haqda "Pərvizə görə" verilişində bəhs edib. O bildirib ki, özü də bilmədən Vasifə "qara piar" qurub:
"O sözü dediyim üçün peşman olmamışdım, çünki niyyətim o deyildi. Vasif bizim sənət dostlarımızdan biridir, Allah ona can sağlığı versin. Heç özüm də bilmədən ona "qara piar" etdim. O, gözləmədiyim anda əl uzatdı ki, mikrofonunu ver. Ay qardaşım, oxuyuram da, səbrli ol, gözlə. Əslində onun öz mikrofonu var idi, necə oldusa bilmirəm: Vasifə vergi verildi, ilhamlandı, əlimdən mikrofonu almaq istədi. Mən də cümləni uzun deməmək üçün qısaltdım. Demək istəyirdim ki, Vasif, sən bunu hələ oxumayacaqsan. Qısaltdım, alındı ki, Vasif, sən oxuya bilmirsən". (Axşam.az)