İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna-ABŞ danışıqları BAŞLADI - Umerov bu paylaşımı SİLDİ

1006 30.11.2025 18:39 Siyasət A A

ABŞ-da Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

"Ləyaqətli sülhə nail olmaq üçün addımları müzakirə etmək məqsədilə Ukrayna nümayəndə heyəti ilə Amerika tərəfi arasında görüş başlayıb", - Ukrayna nümayəndə heyətinin rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov deyib.

Onun sözlərinə görə, Ukrayna nümayəndə heyətinin danışıqlar zamanı prioritetləri konstruktiv dialoq, Cenevrədə əldə edilən irəliləyişlərə əsaslanaraq danışıqların davam etdirilməsi və Ukraynanın maraqlarının qorunmasıdır.

Umerov daha sonra ABŞ nümayəndələri ilə görüşün başlanması ilə bağlı paylaşımını silib.

 Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR