İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəyə qarşı “yaşıl” qəsd planı - onu necə pozmalı?

520 16.07.2022 10:20 Gündəm A A

Türkiyədə yenə meşə yanğınları tüğyan edir. Az öncə cənub şəhəri Antalyada yanğınlar olmuşdu. Kurort zonası Bodrumda da yanğınlar ara vermir. Türkiyənin Ədirnə şəhərində də meşəlik ərazidə yanğın baş verib.

Bildirilir ki, yanğınsöndürənlərlə yanaşı, vətəndaşlar da öz imkanları ilə yanğına müdaxilə edir. Beləcə, qardaş ölkədə yay girəndən meşə yanğınları ara vermir. Hadisələrin kurort bölgələrində baş verməsi qardaş ölkənin turizm sektoruna zərbə vurmaq niyyətinin olması versiyasını gücləndirir. Bəs Türkiyəyə qarşı davam edən bu qəsdin arxasında kim dayanır, qardaş ölkə bu qəsdi poza biləcəkmi?

Sosial şəbəkələrin Türkiyə seqmentində yanğınların kim tərəfindən törədilməsi ilə bağlı geniş müzakirələr aparılır. Bu müzakirələrin mərkəzində yanğının PKK terror qruplaşması nümayəndələri tərəfindən törədildiyi yer alır.

Keçmişdə özlərini “Atəşin övladları” adlandıran terrorçular Qaradəniz, İç Anadolu və Ağdəniz bölgəsində yanğınlar törətmişdi. İndi də bir-birindən kilometrlərlə uzaqda baş verən yanğınların yenidən bu terrorçular tərəfindən törədilməsi ilə bağlı şübhələr artıb. Ötən il Türkiyədə baş verən yanğınların törədilməsini PKK terror təşkilatının “Atəşin övladları” adlı qruplaşması öz üzərinə götürüb.

Qeyd etmək lazımdır ki, PKK terrorçuları daha əvvəllər də onlara qarşı həyata keçirilən əməliyyatlara cavab olaraq təxribat və s. bu tipli cinayət əməllərinə əl atıblar. Türkiyə  rəsmiləri yanğınlarla bağlı danışarkən bunun təxribat ola biləcəyi ehtimalını da istisna etmirlər.

Yazıçı-konspiroloq Həmid Herisçinin fikrincə, Türkiyədə baş verən yanğınların əsasən turistik bölgələrdə, böyük otellərin, əyləncə mərkəzlərinin yerləşdiyi coğrafiya meydana gəlməsi ilə diqqət çəkir: “Kurort bölgələrində bu ”atəşfəşanlığı" kimlər törədir? Kimlər yaya bilər? Türkiyədə meşələrində meydana gələn məhvedici alov təbii yanğın deyil. Türkiyədə temperatur 50 dərəcəyə qədər qalxsa belə meşə ömründə özbaşına yanmaz. Meşədə olan təzyiq, rütubət, külək buna imkan verməz. Yeganə vasitə kimi səmada olan qığılcımdan istifadə edə bilərlər. Qığılcım yerə düşərək otu yandırmağa başlayır. Səmadan bu silahlardan istifadə oluna bilər. Bu adamlar həmin kurortlarda, turistik otellər zəncirində guya ki, pirotexnik şou edənlərdir.

İtlər vadisi" (Hekayə) – Həmid Herisçi | mucru.art

Həmid Herisçi: “İzi azdırmaq üçün ortaya versiya atılır ki, guya yanğınlar...”

Bu dəstələr axır zamanlar çoxalıb. Ağzından od püskürən kim, göyün 7-ci qatında pirotexniki vasitələrlə böyük tamaşalar yaradan kim. Baş verənlərdə onların əli var, onlardan istifadə edilir. Yayda meşələri, ormanları, qışda isə istehsal sahələrini yandırırlar. İzi azdırmaq üçün ortaya versiya atılır ki, guya yanğınlar Rusiya və Amerikanın sərəncamında olan gizli yandırıcı silahlardan istifadə edilir. Guya belə silah Rusiya və Amerika ilə yanaşı Qərb dövlətlərində də var. Əslində isə Türkiyəni daxildən yandırırlar. Meşə özbaşına yanmaz. Hamı bilir ki, meşə yanğınları başladısa, onu söndürmək çox çətin olur. Burada bir qəsd var. Bu qəsdin qarşısını almaq üçün pirotexnik şou göstərənlər nəzarətə götürülməlidir".

Həmid Herisçi deyir ki, bu adamların arxasında dayananları Türkiyə xüsusi xidmət orqanları asanlıqla müəyyən edə bilər: “Pirotexniklər nəzarətə götürülsə, qısa zamanda meşə yanğınlarının arxasında dayananların kimliyini müəyyən edə biləcəklər. Meşə yanğınlarının qarşısını almaq üçün atılan addımlar da çox önəmlidir.  Meşə yanğınlarını söndürmək istəyirsənsə, texnikanı salıb meşənin içindən yarıq açılmalıdır. 20-40 metrə yaxın məsafə yarılır. Bununla yanğının meşənin bir hissəsindən digərinə keçməsinə imkan vermirlər. Maraqlıdır ki, Türkiyədə bunu etmirlər. Əgər meşəni söndürmək istəyirlərsə, ilk növbədə həmin o texnologiyanı həyata keçirmək lazımdır”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR