İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Pakistan–Səudiyyə Ərəbistanı hərbi alyansına qoşulmağa hazırlaşır – Bloomberg

880 10.01.2026 12:54 Dünya A A

 Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı arasında formalaşan hərbi-müdafiə alyansına qoşulmaq niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Xəbərdə bildirilir ki, ötən ilin sentyabrında imzalanmış razılaşma kollektiv müdafiə prinsipini nəzərdə tutur. Sənədə əsasən, alyans üzvlərindən birinə qarşı istənilən aqressiya bütün iştirakçılara hücum kimi qiymətləndirilir. Bu mexanizm NATO-nun məşhur 5-ci maddəsinə bənzər şəkildə işləyir.

Məlumata görə, Ankaranın bu alyansa qoşulması Yaxın Şərq və Cənubi Asiyada yeni təhlükəsizlik balansının formalaşmasına təsir göstərə bilər. Analitiklər Türkiyənin mümkün iştirakını regional və qlobal miqyasda hərbi-siyasi çəkisini artırmaq cəhdi kimi dəyərləndirirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR