İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Sülh Şurasında daimi üzvlük üçün 1 milyard dollar tələb olunacaq

741 18.01.2026 12:15 Dünya A A

Ağ Ev administrasiyası ölkələrin Qəzza Sülh Şurasında daimi yer üçün ən azı 1 milyard dollar ödəməsini təklif edir.

Musavat.com xəbər verir ki, Bloomberg bu barədə şuranın nizamnamə layihəsinə istinadən məlumat yayıb: "Hər bir üzv dövlət bu nizamnamənin qüvvəyə minməsindən etibarən üç ildən çox olmayaraq üzv kimi fəaliyyət göstərəcək və müddətin sədr tərəfindən uzadılma ehtimalı var. Üç illik müddət bu nizamnamənin qüvvəyə minməsindən sonrakı ilk 1 il ərzində şuraya 1 milyard dollardan çox ianə verən üzv dövlətlərə şamil edilməyəcək".

Sənədə əsasəb həmçinin  Sülh Şurasına kimin dəvət ediləcəyinə ABŞ prezidenti Donald Tramp qərar verəcək. Şurada qərarlar səs çoxluğu ilə qəbul ediləcək və hər ölkənin bir səsi olacaq. Lakin agentlik qeyd edir ki, bütün qərarlar sədr tərəfindən təsdiqlənməlidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR