İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Tehrana Xarq adası hədəsi: "Obyekti tam nəzarətə götürə bilərik, heç nə edə bilməyəcəklər"

625 08.07.2026 17:49 Dünya A A

ABŞ Prezidenti Donald Tramp NATO-nun Ankara sammiti çərçivəsində İranla müvəqqəti atəşkəs razılaşmasının başa çatdığını elan etdikdən sonra, Vaşinqtonun Tehrana qarşı planlaşdırdığı növbəti kəskin hərbi və iqtisadi addımların təfərrüatlarını açıqlayıb. ABŞ lideri İranın ən mühüm enerji qovşağı sayılan Xarq (Xark) adasını birbaşa hərbi nəzarətə götürməklə hədələyib.

Musavat.com xəbər verir ki, Donald Tramp Ankarada jurnalistlərə verdiyi açıqlamada ötən gecə ABŞ ordusunun İrana endirdiyi hava zərbələrinin hədəflərini təsdiqləyib: "Ötən gecə biz Xarq adasına çox güclü zərbə endirdik. Ola bilsin ki, biz yaxın gələcəkdə Xarq adasını tamamilə öz hərbi nəzarətimiz altına alacağıq. Və onlar (İran rəhbərliyi) buna qarşı heç nə edə bilməyəcəklər, buna gücləri çatmayacaq".

Tramp çıxışında İrandan gələn gizli diplomatik xahişləri və Tehranın atəşkəs dövründəki etibarsızlığını da ifşa edib: "Onlar general və hərbçilərinin dəfn mərasimləri zamanı bizə yalvararaq deyirdilər: 'Xahiş edirik, dəfn zamanı bizi öldürməyin, zərbə endirməyin'. Mən onlara söz verdim ki, bunu etməyəcəyəm və biz həqiqətən də dəfn prosesində heç bir hərbi addım atmadıq. Lakin onlar bu sadiqliyin qarşılığında dərhal bizim üç gəmimizə hücum etdilər. Bu səbəbdən biz bundan sonra hər hansı bir yeni sülh sazişi və ya müqavilə olmadan sadəcə lazım olanı edəcəyik, blokadanı bərpa edəcəyik. Belə daha asandır. Çünki bu insanlar ancaq yalan danışır və fırıldaqçılıqla məşğul olurlar".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR