ABŞ prezidenti Donald Tramp Qəzza Sülh Şurasının maliyyəsinə təkbaşına nəzarət etmək istəyir ki, bu da əksər potensial üzv ölkələr üçün qəbuledilməz ola bilər.
Musavat.com xəbər verir ki, bu, Bloomberg-in materialında yer alıb. Agentlik qeyd edir ki, şuranın nizamnamə layihəsində Trampın "pulu şəxsən idarə edəcəyi" nəzərdə tutulur. Bloomberg mənbələri hesab edir ki, bu, potensial olaraq Vaşinqtonun təşəbbüsünə qoşula biləcək əksər ölkələr üçün qəbuledilməz şərt olacaq. Onların mənbələrinə görə, bir neçə Avropa ölkəsi şuraya qoşulmaq üçün dəvət alıb. Agentlik əlavə edir ki, bəzi dövlətlər "Trampın nizamnamə layihəsinə qəti şəkildə qarşı çıxır və onun təkliflərinə birgə etiraz etməyə hazırlaşır".
Qeyd edək ki, da əvvəl Financial Times mənbələrə istinadən xəbər vermişdi ki, Vaşinqton Qəzza Sülh Şurasını "Qəzzadan başqa münaqişələri həll edə bilən, bir növ BMT-nin mümkün əvəzedicisi" kimi nəzərdən keçirir. Nəşrə danışan diplomatların sözlərinə görə, idarəetmə orqanının tərkibi gələn həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumunda elan edilə bilər.
Musavat.com






