ABŞ prezidenti Donald Tramp İranda anti-hökumət iğtişaşları zamanı ölənlərin sayı ilə bağlı yaxın vaxtlarda rəsmi hesabat alacağını bildirib.
Musavat.com xəbər verir ki, jurnalistlərin “İranın hazırkı liderlərinə mesajınız varmı?” sualına cavab verən Tramp açıqlamasında Tehranın davranışını sərt tənqid edib:
“Bəli, mesajım var. Onlar insanlıq göstərməlidirlər. Çox böyük problemləri var. Ümid edirəm ki, insanları öldürməyə hazırlaşmırlar. Mən çox tezliklə hesabat alacağam. Mənə elə gəlir ki, onlar son dərəcə pis davranırlar, amma bu hələ təsdiqlənməyib”.
ABŞ prezidentinin sözlərinə görə, Vaşinqton İranda baş verənlərlə bağlı məlumatları diqqətlə izləyir və əldə ediləcək rəsmi hesabatdan sonra vəziyyətə münasibət formalaşdırılacaq.
Musavat.com






