ABŞ prezidenti Donald Tramp amerikalı hücumçu Folarin Balogunun cəzasının yüngülləşdirilməsini Dünya Kubokunun ən yaddaqalan anı adlandırıb.
Musavat.com xəbər verir ki, o, bu barədə Manhettendəki Trump Tower göydələnində FIFA prezidenti Canni İnfantino ilə birlikdə keçirilən tədbirdə danışıb: "Bu, misilsiz, əlamətdar bir turnir idi. Rəqabət ruhu və unudulmaz anlar ilə dolu idi. Bəlkə də ən unudulmaz an bir centlmenin qırmızı vərəqə alması idi. Mən Canniyə zəng edib ona məsləhət verməli oldum. Dedim ki, “Canni, sənə bu oğlanın oynamasına icazə verməyi məsləhət görürəm”. Xeyr, mən bunu demədim - şikayət etmək istədiyimi dedim".
Tramp "nə baş verəcəyini bilmədiyini" etiraf edərək FIFA İntizam Komitəsinin Balogunun cəzasının dayandırılması qərarının "mübahisəli olmadığı" fikrini səsləndirib: "Onlar (Belçika millisi – red.) qalib gəldi və komandamızda bütün oyunçular var idi. Siz daha bir əla qərar verdiniz".
Musavat.com






