İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Moskva alovlar içində: Ukrayna dronları şəhəri cəhənnəmə çevirdi - VİDEO

516 18.07.2026 10:34 Dünya A A

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) gecə saatlarında Rusiya paytaxtı Moskva ətrafındakı strateji obyektlərə kütləvi zərbələr endirib.

Musavat.com xəbər verir ki, hücum nəticəsində Moskva vilayətinin Noginsk şəhərində yerləşən iri neft bazasında güclü yanğın baş verib.

Hadisə yerinə dərhal çoxlu sayda xilasedici, yanğınsöndürən və operativ xidmət əməkdaşları cəlb olunub. İlkin məlumatlara görə, neft bazasında baş verən partlayış və yanğın nəticəsində 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Vilayət qubernatoru Andrey Vorobyov təhlükəsizlik tədbirləri çərçivəsində hadisə yerinin yaxınlığında yerləşən doğum evinin təcili təxliyə edildiyini bildirib. Xəstəxananın pasiyentləri və tibbi heyəti dərhal ətraf rayonlardakı digər tibb müəssisələrinə köçürülüb.

Ukrayna dronlarının digər hədəfi isə Elektrostal şəhərində yerləşən, Rusiyanın ən böyük onlayn satış platformalarından biri olan "Wildberries" şirkətinin nəhəng logistika anbarı olub. Hücum zamanı anbar kompleksinə ciddi ziyan dəyib və ərazidə güclü yanğın qeydə alınıb. Rəsmi mənbələrin yaydığı məlumata görə, anbarda baş verən hadisə zamanı 24 nəfər yaralanıb, onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda hər iki obyektdə yanğının söndürülməsi və fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR