İnsanlara hürriyət, millətlərə istiqlal!

İran ABŞ hərbçilərini vurdu - Yaralılar var

607 18.07.2026 11:20 Dünya A A

İran bu həftə İordaniyadakı ən azı iki hərbi bazaya hücum təşkil edib. Hücum nəticəsində həmin hərbi obyektlərdə yerləşən bir neçə ABŞ hərbi qulluqçusunun yaralandığı bildirilir.

Musavat.com xəbər verir ki, bu barədə "CBS News" telekanalına adlarının açıqlanmasını istəməyən ABŞ rəsmiləri məlumat verib.

Hazırda hücum nəticəsində amerikalı və ya iordaniyalı hərbçilər arasında ölən olmadığı bildirilir. Lakin yaralanan hərbi qulluqçuların xəsarətlərinin hansı dərəcədə ağır olduğu hələlik qeyri-müəyyən olaraq qalır.

Qeyd edək ki, ABŞ-a məxsus hərbi təyyarələr İordaniyanın hərbi obyektlərindən və hava bazalarından tez-tez istifadə edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR