İspaniyanın Baş naziri Pedro Sançes ABŞ prezidenti Donald Trampla davam edən fikir ayrılıqlarına baxmayaraq, İspaniya və Argentina arasında keçiriləcək FIFA Dünya Kuboku finalına qatılmaq üçün Nyu-Yorka gedəcək.
Musavat.com xəbər verir ki, məlumatı RTVE yayıb. Bildirilir ki, Sançesi İspaniya İdman naziri Milaqros Tolon müşayiət edəcək.
İspaniya Kralı VI Felipe, Kraliça Letisiya, taxt-tacın varisi Şahzadə Leonor və İnfanta Sofiya da matçda iştirak edəcəklər.
Musavat.com






