İnsanlara hürriyət, millətlərə istiqlal!

Toyları səhv salıb yarım saat pulsuz oxudu - VİDEO

711 08.06.2026 14:12 Şou-biznes A A

Müğənni Mərdan Kazımovun başına maraqlı hadisə gəlib.

Musavat.com xəbər verir ki, sənətçi iştirak etdiyi məclislərdən birində toy ünvanlarını səhv saldığını açıqlayıb.

Mərdan bu barədə sosial şəbəkə hesabında paylaşım edərək izləyicilərinə maraqlı xatirəsini danışıb.

Onun sözlərinə görə, toy məkanına gəldiyini düşünərək zala daxil olub və proqramına başlayıb. İfaçı təxminən yarım saat ərzində mahnılar səsləndirib, qonaqları əyləndirib. Lakin bir müddət sonra məlum olub ki, o, dəvət olunduğu məclisdə deyil.

Mərdan Kazımov bildirib ki, sonradan ünvanların qarışdırıldığını anlayıb və yanlış zala daxil olduğunu öyrənib. Hadisə həm sənətçini, həm də məclis iştirakçılarını təəccübləndirib.

Müğənni vəziyyəti zarafatla qarşılayaraq baş verənləri izləyiciləri ilə bölüşüb.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR