İnsanlara hürriyət, millətlərə istiqlal!

Teymur Musayev: “Tibbi Rəqəmsal Əkiz Sistemi vətəndaşların sağlamlıq məlumatlarını vahid platformada birləşdirəcək”

482 03.06.2026 12:07 Səhiyyə A A

Tibbi Rəqəmsal Əkiz Sistemi vətəndaşların sağlamlıq vəziyyətinə dair məlumatların vahid elektron reyestrlər vasitəsilə toplanılmasını və emalını təmin edən mərkəzləşdirilmiş rəqəmsal platformadır.

Musavat.com xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev “Tibbi Rəqəmsal Əkiz Sistemi”nin təqdimatı zamanı bildirib.

Nazir bildirib ki, yeni sistem vətəndaşların peyvənd, müayinə nəticələri və resept kimi sağlamlıq göstəricilərinin vahid elektron reyestrdə saxlanılmasını təmin edəcək.

Nazir qeyd edib ki, məlumatların mərkəzləşdirilməsi süni intellekt vasitəsilə dərin təhlil aparmağa, əhalinin sağlamlığını proqnozlaşdırmağa və gələcək strategiyalar hazırlamağa imkan verəcək.

Bu sözləri Səhiyyə naziri Teymur Musayev “Vətəndaş sağlamlığına rəqəmsal qayğı: Tibbi Rəqəmsal Əkiz Sistemi”nin təqdimatı zamanı açılış nitqində deyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR