İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranda ticarət mərkəzində yanğın olub, azı 3 nəfər ölüb, onlarla insan xəsarət alıb

637 06.05.2026 03:49 Dünya A A

İranın paytaxtı Tehranın qərbindəki "Erguvan" Ticarət Mərkəzində güclü yanğın baş verib.

"Report"un xəbərinə görə, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Məlumata görə, yanğın nəticəsində azı üç nəfər ölüb, daha 26 insan xəsarət alıb.

Axtarış-xilasetmə işləri davam etdirilir, bu səbəbdən də ölənlərin sayının artacağı ehtimal olunur.

Yanğının başvermə səbəbi məlum deyil. Araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR