İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: ABŞ hərbi təyyarəsi qəza siqnalı verdi - FOTO

928 03.04.2026 16:13 Dünya A A

Təl-Əvivdən havaya qalxan ABŞ-yə məxsus "Boeing KC-135R Stratotanker" yanacaqdolduran təyyarəsi dəniz üzərində fövqəladə vəziyyət siqnalı göndərib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatlar "FlightRadar24" portalının monitorinq sistemində əks olunub.

Məlumata görə, hərbi təyyarə hazırda dəniz üzərində, təxminən 1.5 kilometr hündürlükdə dövrə vurur.

Portalın qeyd etdiyinə görə, təyyarə göyərtədən "7700" kodu ilə siqnal ötürür.

Bu kod yerüstü xidmətləri mühərrikin sıradan çıxması, salonda hermetikliyin pozulması və ya göyərtədəki şəxslərdən birinin səhhətində yaranan ciddi problemlər kimi fövqəladə hallar barədə məlumatlandırmaq üçün istifadə olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR