Suriya ordusu Rakka vilayətinin kənd ərazilərində yerləşən Sevra Neft Yatağına nəzarəti təmin edib.
Musavat.com xəbər verir ki, nəzarət altına alınan neft sahəsi havadan çəkilmiş görüntülərlə nümayiş etdirilib. Kadrlarda ərazinin tam şəkildə Suriya ordusunun nəzarətində olduğu görünür.
Məlumata görə, əməliyyat nəticəsində strateji əhəmiyyətə malik neft infrastrukturu təhlükəsizlik altına alınıb. Rəsmi mənbələr hələlik əməliyyatın detalları və mümkün qarşıdurmalarla bağlı əlavə məlumat açıqlamayıb.
Qeyd edək ki, Sevra Neft Yatağı Rakka ətrafında mühüm iqtisadi və strateji obyektlərdən biri hesab olunur.
Musavat.com






