İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumıya kütləvi hücum: Çox sayda yaralı var - FOTOLAR

1088 21.04.2026 11:04 Dünya A A

Aprelin 21-nə keçən gecə Rusiya qoşunları Ukraynanın Sumı şəhərinə hücum edib, ilkin məlumatlara görə, hücumda 10 pilotsuz uçuş aparatından (PUA) istifadə olunub.

Musavat.com xəbər verir ki, zərbələr nəticəsində mülki infrastruktura ciddi ziyan dəyib, yaşayış binaları, təhsil müəssisələri və bir xəstəxana zədələnib.

Sumı Vilayət Prokurorluğunun yaydığı məlumata görə, hücum nəticəsində 15 nəfər xəsarət alıb. Yaralılar arasında üç azyaşlı qızın olduğu bildirilir.

Ukrayna Silahlı Qüvvələri bəyan edib ki, Rusiya ötən gecə Ukrayna ərazisinə iki "İskander-M" ballistik raketi və 143 dronla zərbə endirib. Məlumata görə, raketlərdən biri və 116 pilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib və ya radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR