İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh sazişi ilə bağlı SON DƏQİQƏ açıqlaması

7166 04.06.2023 22:02 Son xəbər A A

“Kişineuda sərhədlərin delimitasiyası məsələsində müəyyən irəliləyiş əldə etmişik, məsələnin nəhayət həll olunduğunu deyə bilmərik, lakin biz irəliləyirik”.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan İctimai Televiziyasının efirində bildirib.

“Bütün suallar vacibdir və bütün suallar bir-birinə bağlıdır. Danışıqlar çox intensiv gedir və bu proses davam etsə, ilin sonuna qədər Azərbaycanla sülh sazişinin əldə olunması şansı var. Bizim münasibətimiz ondan ibarətdir ki, biz həll yolları tapırıq və bu həllər çərçivəsində sülh gündəmi ilə irəliləyirik və sülh müqaviləsi bağlayırıq”, - Qriqoryan deyib.

O əlavə edib ki, Azərbaycan-Ermənistan sərhədində nəzarəti Rusiya deyil, Ermənistan həyata keçirəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR