İnsanlara hürriyət, millətlərə istiqlal!

Su bulandıranların qara niyyəti – Onları qazilərin intiharı yox, bu aktdan nə qazanacaqları düşündürür

2210 14.07.2022 17:00 Gündəm A A

Müharibə qaziləri ilə bağlı yaranmış situasiya artıq bütün cəmiyyətdə narahatlıq doğurur. İqtidar komandasında da, ziyalılar mühitində də, adi insanlarda da, müxalifət düşərgəsinin bir hissəsində də.

Niyə “müxalifət düşərgəsininin bir hissəsi” qeydi etməli oluruq? Çünki elə müxalif qruplar var ki, onlar qazilərin intiharından və ya intihara cəhdlərindən narahat olmurlar, əksinə, bu tendensiyanın güclənməsini, intihara cəhd hallarının intensivləşməsini istəyirlər, umurlar, hətta bunu təşviq etməyə çalışırlar.

Bəs nəyə görə? Ona görə ki, onlar bunu siyasi mübarizədə ən effektiv rıçaq hesab edirlər. Qazilərin ard-arda intiharı xalqın hisslərini coşdura, onları iqtidarın üstünə qaldıra, ölkədə çaxnaşma yarada bilər. Nəticədə ayağa qalxmış xalqın qəzəb dalğası hakimiyyət dəyişikliyinə gətirib çıxarar. Tezliklə hakimiyyətə gəlmək istəyən radikal qüvvələrin əsas düşüncəsi budur.

68564c8a-2595-423f-9956-9711cc0dcb77.jpg (203 KB)

Bu yolda nə qədər qazi özünü yandıracaq və ya başqa üsulla intihar edəcək, nə qədər körpə yetim, ana-bacılar ağlar qalacaq – hakimiyyət hərislərinin vecinə də deyil. Özlərini qazilərə canı yanırmış kimi göstərənlər bu cür məsələlərə üzdə duyğusal yanaşırlar, batində isə beyin soyuq və praqmatik işləyir. Bu adamlar çox iyrənc niyyətlərə malikdirlər. (Hələ siz bir qazinin intihar xəbərini bəyənənlərin sayına baxın - 2.400 nəfər).

445.JPG (50 KB)

Tunisdə özünü yandıran küçə ticarətçisindən sonra ölkədə hakimiyyətin dəyişməsi presedentinin tez-tez xatırlanması bu üzdəndir. Bu məsələdə ən çox canfəşanlıq edənlər Əli Kərimli cəbhəsinin “əsgərləri”dir. Onlar niyyətlərini gizlətmədən yazırlar ki, Tunisdə elə oldu, burda niyə olmur. Bizdə də həmin hadisənin təkrar olunmasını istəyənlər başa düşürlər ki, özünü yandırmaq intiharın ən dəhşətli formasıdır, intihardan çox etirazdır, üsyana çağırışdır. Bu cür aktlar normal ağıl-kamalı, vicdanı, mərhəməti olan əksər adamlara mənfi təsir göstərir, onları hiddətləndirir.

Bir çoxlarının qazinin özünü yandırması hadisəsinin üzərinə fokuslanmalarının gerçək səbəbi budur.

Söz yox, xalqın bütün aztəminatlı təbəqəsi kimi, qazilərin də sosial müdafiəyə ehtiyacı var. Bundan başqa, onlara psixoloji yardım göstərilməsi də vacibdir. Bütün bunlar həll olunmalıdır. Dövlət məmurlarının bu həssas təbəqə ilə davranışı son dərəcə diqqətli, qayğıkeş müstəvidə olmalıdır. Təkcə ona görə yox ki, qazilər ehtiyata buraxılmış olsalar da, hər halda mütəşəkkil qüvvədirlər, əsasən ona görə ki, bu adamlar o qayğıya, diqqətə, təminata, rifaha hamıdan artıq layiqdirlər. Bunun heç bir mübahisəlik tərəfi yoxdur.

9decd619-7f24-4e2e-be8e-1e7ba9c20a23 (1).jpg (79 KB)

Söhbət qazilərin problemini, psixoloji durumlarını alətə çevirərək, bulanıq suda balıq tutmaq istəyən adamlardan gedir. Onlara bu məsələdə yardım etməyə çalışan məkri xarici qüvvələr də olmamış deyil. Ancaq bu kampaniyaya bilməyərəkdən, səmimi şəkildə qazilərin halına canları yanan sıravi adamların da qoşulduğunu sezmək mümkündür.

Sadə xalqın istəyi odur ki, qazilərin problemi həll olunsun, onlar özlərinə qıymasınlar. Məkrli qüvvələr isə arzulayırlar ki, qazilərin heç bir problemi həll olunmasın və narazılıq artdıqca-artsın, sonda üsyana səbəb olsun.

Azərbaycanda ortalığı qarışdırmaq, çaxnaşma yaratmaq istəyən xarici qüvvələrin kimlikləri də, məqsədləri də ortadadır. Onlar qazilərdən sonra yenə nəsə bir bəhanə tapacaq, gərginliyin davamlı olmasına çalışacaqlar. İndilikdə isə qazilər məsələsi onlara daha cazibədar görünür. Çünki bu ölkədə süni şəkildə qızışdırılmış dini motivli narazılıq öz ətrafına çoxlu iştirakçı, müşahidəçi toplamır, amma yüz minlərlə insan qaziləri doğma balası sayır, onların probleminə biganə qala bilmir.

Bu baxımdan hamımız ehtiyatlı və ağıllı-kamallı olmalıyıq. Qazilərin ümdə problemlərinin həllinə çalışmaqla yanaşı, ölkəmizin daxilində qeyri-sabitlik yaratmaq istəyənlərin də, bulanıq suda mandat tutmağa çalışanların da əsl niyyətlərini anlamalıyıq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR