Əməkdar artist Nailə İslamzadə tənqidi paylaşım edib.
Musavat.com xəbər verir ki, sənətçi bu barədə feysbukda status paylaşıb:
“Sosial şəbəkə azadlıq meydanıdır, amma azadlıq məsuliyyətsizliyə icazə deyil. Arqumenti olan insan alçaltmağa yox, izah etməyə çalışar. Tənqid düşüncəni ucaldır, təhqir isə sahibini kiçildir. Təhqir güc deyil. Sosial şəbəkə uşağın-böyüyün istifadə etdiyi platformadır. Bəzən yazılanları oxuduğumuzdan, təsadüfən olsa da, qarşımıza çıxanları görməyimizdən utanırıq. Söz insanın aynasıdır. O aynada nəyi göstərdiyimizi unutmamalıyıq. Sosial şəbəkəni qisas meydanına çevirənlər unudurlar ki, yazdıqları, söylədikləri, göstərdikləri əvvəlcə öz səviyyələrini göstərir”.
Könül
Musavat.com






