İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Ömər aşırımında faciə baş verib - ÖLƏNLƏR var (YENİLƏNİB 2)

4788 25.08.2023 08:43 Hadisə A A

Kəlbəcərdə yol qəzasında yaralanan və ölən şəxslərin kimliyi məlum olub.

Hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Ömər aşırımı hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mitsubishi" markalı minik maşını anidən idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə aşıb.

Hadisə zamanı şirkət əməkdaşları olan Türkiyə vətəndaşları - 1977-ci il təvəllüdlü İ.Cörgülüoğlu, 1995-ci il təvəllüdlü S.Çelik ölüb, 1993-cü il təvəllüdlü M.Okumuş isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

****

Musavat.com "Report"a istinadla xəbər verir ki, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda yük maşını dərəyə aşıb, ölənlər və xəsarət alan var.

Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda yük maşınının dərəyə aşması nəticəsində avtomobildə olan 3 nəfərdən 2-si ölüb, daha biri ağır yaralarla xəstəxanaya çatdırılıb.

Onların ərazidə çalışan Türkiyə vətəndaşları olduğu bildirilir.

Hadisənin "Ömər aşırımı" nın yaxınlığında qeydə alındığı qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.

03:08

Göygöl-Kəlbəcər avtomobil yolunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşması nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.

Onların kimliyi və hadisənin digər təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR