İnsanlara hürriyət, millətlərə istiqlal!

Sel Göyçayın kəndlərini zibilə bürüyüb:Əhali üçün təhlükə yaranıb - VİDEO

1052 27.08.2023 00:12 Hadisə A A

Bu gün axşam saatlarında İsmayıllı rayonuna yağan güclü leysandan sonra əmələ gələn sel suları dağətəyi ərazidə yerləşən Göyçayın Qarabaqqal və Bığır kəndlərinin əhalisi üçün təhlükə yaradıb.

Musavat.com “Report”a istinadla xəbər verir ki, sel suları Qarabaqqal kəndi ərazisindəki zibil poliqonunu dağıdıb, ərazidəki tullantılar yaxınlıqdakı Qarabaqqal və Bığır kəndlərinin suvarma arxlarına tökülüb. Nəticədə arxın suyunu içən ev heyvanları üçün, eləcə də əkin sahələrini suvaran, bu sudan məişətdə istifadə edən insanların sağlamlığına təhlükə yaranıb.

Qeyd edək ki, Göyçay şəhərinin zibil və tullantıları Qarabaqqal kəndinin yuxarı hissəsinə, mal-qaranın dağlıq ərazidəki örüş sahəsinə tökülür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR