İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəkidə bələdiyyə sədri cərimə olunub - FOTO

358 28.08.2023 15:26 Hadisə A A

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbir nəticəsində Qozlubulaq kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələbləri pozulduğuna görə həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib olunaraq aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib.

Ərazinin təmizlənməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR