İnsanlara hürriyət, millətlərə istiqlal!

Sarkisyan "Qara qala"nı satıbmış – dəhşətli faktlar

2345 20.07.2026 20:18 Siyasət A A

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanla bağlı yeni ittihamlar gündəmə gəlib.

Musavat.com xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Gümrüdə yerləşən və respublika əhəmiyyətli tarix-mədəniyyət abidəsi sayılan "Qara qala"nın ("Sev Berd") satışı ilə bağlı 6 il davam edən istintaq başa çatıb.

Bildirilib ki, hökumətin 6 iyun 1995-ci il tarixli qərarı ilə "Sev Berd" qalası Müdafiə Nazirliyinin balansına verilmişdi. Lakin 10 il sonra, Serj Sarkisyanın müdafiə naziri olduğu dövrdə tikili 22 milyon 951 min 500 dram qarşılığında fiziki şəxsə özgəninkiləşdirilib.

Cinayət işi üzrə Gümrünün keçmiş meri Samvel Balasanyan və onun oğlu Xaçatur Balasanyan da təqsirləndirilən şəxslər sırasındadır.

Xatırladılıb ki, 626,45 kvadratmetr sahəsi olan qala və ona aid 0,7 hektar torpaq sahəsi respublika əhəmiyyətli tarix və mədəniyyət abidəsi statusuna malikdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR