Kolumbiyalı ulduz Şakira Dünya Çempionatının final matçının fasiləsində "Dai Dai" mahnısını ifa edərkən oğulları Milan və Saşa tribunadan analarını izləyib.
Matçda oğullara ataları - müğənninin keçmiş həyat yoldaşı və İspaniya milli komandasının sabiq futbolçusu Jerar Pike də qoşulub.
Oğulları mahnı oxumağı, rəqs etməyi və çıxışın hər anından həzz almağı bir an belə dayandırmadıqları halda Pikenin tribunada olduqca ciddi görüntüsü sosial şəbəkələrdə müzakirə olunub. (milli.az)






