İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankara–İrəvan xəttində mühüm addım – "077" qüvvəyə mindi

875 21.07.2026 01:54 Dünya A A

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesində daha bir addım atılıb.

Musavat.com xəbər verir ki, bu barədə Agos nəşri məlumat yayıb.

Türkiyənin Ticarət Nazirliyi ölkələr arasında münasibətlərin normallaşması çərçivəsində texniki tənzimləmə həyata keçirib. Qərara əsasən, üçüncü ölkələr üzərindən Ermənistanla həyata keçirilən avtomobil, dəniz və dəmir yolu daşımalarında gömrük bəyannamələrində Ermənistanın rəsmi ölkə kodu olan "077" birbaşa seçilə biləcək.

Bildirilir ki, Ermənistanla Türkiyə arasında ticarət gömrük rəsmiləşdirilməsi prosesində ilk konkret texniki addım 1 yanvar 2023-cü ildə birbaşa hava yükdaşımaları üçün atılmışdı. Ticarət Nazirliyinin Gömrüklər Baş İdarəsinin gömrük idarələrinə göndərdiyi son göstərişə əsasən, mövcud hava yolu tətbiqi artıq avtomobil, dəniz və dəmir yolu daşımalarını da əhatə edir.

Bununla yanaşı, idxal, ixrac və tranzit əməliyyatlarına dair gömrük bəyannamələrində Ermənistanın rəsmi ölkə kodu "077" birbaşa seçilə biləcək. Nazirlik həmçinin BİLGE (Kompüterləşdirilmiş Gömrük Fəaliyyətləri) sistemində də müvafiq texniki dəyişikliklərin edildiyini bildirib və məsələnin həssaslığı nəzərə alınaraq gömrük idarələrinə lazımi məlumatlandırmanın aparılmasını istəyib.

Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında 33 il bağlı qalan sərhəddən sonra iki ölkə arasında birbaşa ticarətin başlanması ilə bağlı Türkiyənin bürokratik hazırlıqları 2026-cı ilin may ayında tamamlanıb və texniki mərhələyə keçilib. Proses çərçivəsində Türkiyədən üçüncü ölkəyə, oradan isə Ermənistana göndərilən malların son təyinat və ya çıxış məntəqəsinin "Ermənistan/Türkiyə" kimi göstərilməsi mümkün olub. Son qərarla iki ölkə arasında ticarət münasibətlərində növbəti texniki mərhələ də başa çatdırılıb.

Musavat.com

45251de2-5237-4ac5-b325-a8171fc92a96.jpg (37 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR