İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH Küveytə kütləvi zərbələr endirdi: Hədəflər açıqlandı

544 21.07.2026 08:52 Dünya A A

Ötən gecə və bu səhər SEPAH qüvvələri Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə zərbələr endirib.

Musavat.com xəbər verir ki, SEPAH-ın yaydığı açıqlamalarda Küveytdəki iki ABŞ bazasına və bir Amerika hərbi düşərgəsinə, Bəhreyndə ABŞ hərbi infrastrukturuna zərbələr endirildiyi bildirilir.

O cümlədən ABŞ-ın Küveytdəki HIMARS çoxsaylı buraxılışlı raket sistemlərinə, iki ABŞ bazasına və bir Amerika hərbi düşərgəsinə zərbələr endirildiyi iddia olunur:

"İran ordusu kamikaze dronlarının Arifcan hava bazasındakı inzibati binalara və radio istiqamət təyinetmə antenalarına, Əl-Udəyri düşərgəsindəki helikopter eniş meydançasına və Küveytdəki Əhməd Əl-Cabir hava bazasındakı hərbi yaşayış binasına zərbə endirilib”.

Xüsusilə Əhməd Əl-Cabir hava bazasında ABŞ-ın erkən xəbərdarlıq radarını, raketdən müdafiə radar sistemini, AN/FPS-117 radarını, Patriot hava hücumundan müdafiə sistemini və hava hücumundan müdafiəni dəstəkləyən peyk rabitə sistemini məhv edildiyi iddia olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR