350 metr yüksəklikdə "Səma stadionu": Səudiyyə Ərəbistanından möhtəşəm layihə
Musavat.com xəbər verir ki, Səudiyyə Ərəbistanının 2034-cü il futbol üzrə dünya çempionatına hazırlıq çərçivəsində inşa etməyi planlaşdırdığı füsunkar "səma stadionu"nun yeni görüntüləri paylaşıb.
Futuristik “The Line” layihəsinin və NEOM şəhərinin tərkib hissəsi olacaq bu unikal arena səhradan 350 metr yüksəklikdə tikiləcək. Təqribən 1 milyard dollara başa gələcək və 46 min tamaşaçı tutumuna malik olacaq stadionun tikintisinə 2027-ci ildə başlanılması, 2032-ci ildə isə başa çatdırılması nəzərdə tutulur.
Möhtəşəm layihənin əsas xüsusiyyətləri:
Oyunlar: Qrup mərhələsindən 1/4 finaladək oyunlara ev sahibliyi edəcək.
Dizayn: Xarici görünüşü güzgü səthlər, LED işıqlar və iti bucaqlı formalarla seçiləcək, daxili hissəsi isə səs və görüntü keyfiyyətini artırmaq üçün "arı pətəyi" formasında dizayn ediləcək.
Ekologiya: Tamamilə bərpa olunan enerji ilə işləyəcək və sıfır karbon emissiyası hədəflənəcək. Azarkeşlər əraziyə elektrik nəqliyyatı ilə daşınacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı mundial üçün ümumilikdə 20 milyard dollardan çox investisiya yatıraraq 15 stadion (8-i yeni, 4-ü yenidən qurulan) hazırlayır. Əsas arenalar arasında açılış və final oyunlarına ev sahibliyi edəcək Kral Salman Stadionu (Riyad), qayalıq üzərində qərarlaşan Şahzadə Məhəmməd bin Salman Stadionu (Qiddiya) və su burulğanı formasında dizayn olunan Aramco Stadionu (Əl-Xobar) yer alır.
Musavat.com






