İnsanlara hürriyət, millətlərə istiqlal!

Sadır Japarovun keçmiş müşaviri BU ÖLKƏDƏ SAXLANILDI

740 12.01.2025 20:02 Dünya A A

Qırğızıstanın Daxili İşlər Nazirliyi prezident Sadır Japarovun keçmiş müşaviri Aydar Xalikovun Moldovada saxlanması ilə bağlı məlumatı təsdiqləyib.

Musavat.com "knews.kg"ya istinadən xəbər verir ki, 1965-ci il təvəllüdlü Aydar Xalikov İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

Şübhəli şəxs Qırğızıstan Cinayət Məcəlləsinin 209-cu maddəsi (xüsusilə böyük miqdarda fırıldaqçılıq) ilə ittiham olunur.

Hazırda Qırğızıstanın Baş Prokurorluğu saxlanılan şəxsin ekstradisiyası məsələsini araşdırır.

Xalikovun saxlanılması barədə araşdırmaçı jurnalist Bolot Temirov məlumat verib. 2024-cü ilin noyabr ayında vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Xalikov Bolot Temirovla müsahibədə prezident Sadır Japarovu tənqid edib.

Prezident Administrasiyasının İctimai-Siyasi Xidmətinin rəhbəri Dayırbək Orunbekov isə Xalikovu Özbekistandan şifer qaçaqmalçılığını təşkil etməkdə və yerli məmurlardan öz biznesi üçün dəstək tələb etməkdə ittiham edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR