İlk yayın vaxtı 00:32
Bakıda avtomobillə piyadanı vuraraq ölümünə səbəb olan Nail Abdullayev vəzifəli şəxs imiş.
Musavat.com xəbər verir ki, hadisə Sabunçu körpüsunun yaxınlığında, H.Əliyev prospekti ilə Hava limanı istiqamətində baş verib. 1980-ci il təvəllüdlü Nail Abdullayev idarə etdiyi “Mercedes” markalı, 77 YD 054 dövlət nömrə nişanlı avtomobillə 40-45 yaşlarda kişini vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Əldə etdiyimiz məlumata görə qəzanı törədən Nail Abdullayev “Azəriqaz” İstehsalat Birliyin baş direktorun müşaviridir.
Onu da qeyd edək ki, qəza prospektin piyadalar üçün nəzərdə tutulmayan hissəsində baş verib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb.
İlkin Muradov
Musavat.com