İranın Xarici İşlər Nazirliyində yeni təyinat baş tutub.
Musavat.com xəbər verir ki, Rauf Şeybani ölkənin Suriya üzrə xüsusi elçisi vəzifəsinə təyin edilib. Bu barədə İranın xarici işlər naziri Abbas Araqçi özünün "X" sosial media hesabında paylaşım edib.
Rauf Şeybani daha əvvəl Qərbi Asiya üzrə xüsusi elçi kimi fəaliyyət göstərib. O, həmçinin İranın Suriya, Livan və Tunis üzrə səfiri vəzifələrində də çalışıb.
Musavat.com