İsrail hökuməti xaricdə fəaliyyət göstərəcək yeni səfir və konsulların siyahısını təsdiqləyib. Təyinatlar sırasında İsrailin Azərbaycandakı yeni səfiri də yer alıb.
Musavat.com-un məlumatına görə, bu vəzifəyə İsrail Xarici İşlər Nazirliyinin Avrasiya Departamentinin direktoru Ronen Kraus təyin olunub. O, İsraili Azərbaycanda təmsil edəcək.
Xatırladaq ki, hazırda bu vəzifəni Corc Dik icra edir. Yeni səfirin vəzifəyə rəsmi başlaması iki ölkə arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcəyi gözlənilir.
Musavat.com