Alp dağlarının İtaliyanın şimalındakı Piemont regionundan keçən hissəsində 5 nəfər qar uçqunu altında qalıb.
Qar uçqunundan sonra bölgədə axtarış-xilasetmə işləri başlayıb. Qeyd edilir ki, təbii hadisə nəticəsində 3 nəfər həyatını itirib, 2 nəfər xilas edilib.
Zərəçəkənlər xəstəxanaya aparılıb.
Onların xizəkçi və ya turist olduqarı hələ məlum deyil.\\“Report”