İranın paytaxtının köçürülməsi 37 milyard dollara başa gələcək
Musavat.com "Azad İran" telegram kanalına istinadən xəbər verir ki, İran Parlamentinin daxili məsələlər komissiyasının üzvü Əbülfəzl Əbuturabi paytaxt Tehranının başqa bir əraziyə köçürülməsinin maliyyə dəyərini açıqlayıb. O, bu barədə verdiyi açıqlamada, müxtəlif məsafələrə olan köçürmənin təxminən nə qədər xərc tutacağını şərh edib.
Əbuturabi bildirib ki, əgər İran paytaxtı 80 kilometr yaxınlıqda bir əraziyə köçürülərsə, bu, təxminən 7 milyard dollara başa gələcək. Həmçinin, paytaxtın 130-200 kilometr uzaqlıqda bir yerə köçürülməsi hesablandıqda, bu, 22 milyard dollara başa gələcək.
Əbuturabi, daha uzaq məsafələrdə, məsələn, Türkiyə və Pakistan kimi 500 kilometrdən çox uzaqda bir əraziyə köçürülməsi halında isə infrastrukturdan asılı olaraq, xərcin 30-37 milyard dollar arasında olacağını qeyd edib.
Bu layihənin yüksək xərcləri, İranın inkişaf məqsədlərinə uyğun olaraq ətraf mühitin, təhlükəsizliyin və infrastrukturun möhkəmləndirilməsi baxımından ciddi bir investisiya tələb edir. Köçürmə layihəsinin nə vaxt reallaşacağı ilə bağlı isə hələ dəqiq bir tarix verilmir.
Musavat.com