Kanadanın baş naziri Castin Trüdo yaxın aylarda istefa verdikdən sonra bir müddət istirahət etməyi və uşaqları ilə daha çox vaxt keçirməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, hökumət başçısı MSNBC-yə müsahibəsində planlarını bölüşüb.
"İstirahət etməyi, bir az fasilə verməyi və uşaqlarımla daha çox vaxt keçirməyi səbirsizliklə gözləyirəm", -deyə Trüdo bildirib.
Trüdonun üç övladı var. 2023-cü ildə həyat yoldaşı Sofi Qrequardan boşanıb.
Yanvarın 6-da Trüdo hakim Liberal Partiyasının sədri vəzifəsini tərk edəcəyini və yeni lider seçildikdən sonra istefa verəcəyini açıqlamışdı. Bundan əlavə, baş nazir bildirib ki, o, Kanadanın qubernatoru general Meri Saymondan milli parlamentin işini martın 24-dək dayandırmağı xahiş edib. Bu addım ona müxalifət partiyalarının yanvarın sonunda planlaşdırdıqları etimad səsverməsindən yayınmağa imkan verəcək.
Şahanə Rəhimli
Musavat.com