Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gəray Əsədov küçəsində fərdi yaşayış evində çökmə baş verməsi barədə məlumat daxil olub.
Musavat.com xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə dağıntı altında qalan vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.






