İnsanlara hürriyət, millətlərə istiqlal!

Saatlıda sərxoş sürücü ustaları vurub, ölən var

768 23.01.2023 10:41 Hadisə A A

Saatlıda sərxoş sürücü ustaları vurub, ölən var.

"Report"un xəbərinə görə, hadisə yanvarın 22-də Saatlı şəhəri, M.F.Axundov küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1980-ci il təvəllüdlü Babayev Seyran Fərhad oğlu nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, sərxoş halda, təmir üçün ona verilmiş "VAZ-2107" markalı avtomobillə təmir məntəqəsinin həyətindən binaya daxil edərkən digər ustala, Saatlı şəhər sakinləri - 1988-ci il təvəllüdlü Xankişiyev Mircəfər İlqar oğlunu və 1969-cu il təvəllüdlü Qənbərov Möhübbət Qənimət oğlunu vurub. Nəticədə M.Qənbərov hadisə yerində ölüb, Mircəfər Xankişiyev isə xəsarət alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müavafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR