İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar Zvartnosdan çıxdı, Amerika sevindi: "Çoxdan gözləyirdik"

649 02.08.2024 12:31 Dünya A A

ABŞ Dövlət Departamenti Rusiya sərhədçilərinin İrəvan Zvartnots Beynəlxalq Hava Limanından çıxarılmasını çoxdan gözlənilən addım adlandırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel danışıb.

Onun sözlərinə görə, onlar hələ bir il əvvəl Rusiya Federasiyası FTX Sərhəd İdarəsinin sərhədçilərinin Ermənistandan çıxarılması prosesinini müsbət qarşılayacaqlarını bildiriblər.

Qeyd edək ki, Rusiya sərhədçilərinin hazırda Ermənistanda olmasının əsasını 1992-ci il sentyabrın 30-da İrəvanda bağlanmış dövlətlərarası saziş təşkil edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR