İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar Kılçdaroğluna görə mənzil almağa qorxurmuş

1474 04.06.2023 18:57 Son xəbər A A

Türkiyədə prezident seçkisindən dərhal sonra rusların ölkədə daşınmaz əmlakın alınması ilə bağlı müraciətlərinin sayı 50% artıb

Türkiyədə prezident seçkisi ilə bağlı qeyri-müəyyənliyin aradan qalxaması rusların ölkədə daşınmaz əmlaka olan tələbatını artırıb. Belə ki, bir həftə ərzində əmlak bazarında tələbat 20-50% artıb. Ekspertlər deyirlər ki, rusların ev alması üçün məhdud sayda ölkələrin olduğunu nəzərə alsaq, Türkiyədə daşınmaz əmlaka tələbat davamlı olacaq.

Türkiyədə prezident seçkisindən sonrakı həftədə ruslar tərəfindən ölkədə daşınmaz əmlakın alınması ilə bağlı müraciətlərin sayı 50% artıb. Musavat.com xəbər verir ki, bu məlumatı Prian.ru-nun baş redaktoru Filip Berezin kommersant.ru-ya deyib. Mənzil bazarında fəaliyyət göstərən “Tranio” şirkətinin məlumatında həftə ərzində yeni mənzil sifarişlər 20% artdığı qeyd edilir. “Tranio”nun icraçı direktoru Mixail Bulanov deyir ki, menecerlər də  müştərilərin aktivliyində mövcud artım görürlər. Alıcılar əmlak baxmaq üçün yenidən bazara qayıdırlar. 

Blue_mosque-Istanbul.jpg (59 KB)

“Nevestate”in təsisçisi Yekaterina Nikitina isə deyib ki, şirkətin bir çox müştəriləri seçkiyə görə gözləmə mövqeyində idilər və indi təxirə salınmış tələbləri reallaşdırırlar. Canlanmaya baxmayaraq, Türkiyədə daşınmaz əmlaka tələbat keçən ilki səviyyədən iki dəfə aşağı olaraq qalır.

Türkiyə ruslardan daşınmaz əmlak almaq üçün ən populyar xarici ölkələrdən biridir, prezident seçkiləri səbəbindən onların aktivliyi azalmışdı. Yerli hakimiyyət orqanlarının məlumatına görə, aprel ayında ruslar Türkiyədə 817 yaşayış obyekti alıb ki, bu da mart ayı ilə müqayisədə 30%, 2022-ci ilin aprel ayı ilə müqayisədə isə 29% azdır.

Mixail Bulanov hesab edir ki, daşınmaz əmlak alıcıları Türkiyədəki seçkinin nəticələrini gözləməkdə haqlı idilər, çünki müxalifətin namizədi prezident seçkisi kampaniyası dövründə birbaşa onların maraqlarına toxunan açıqlamalar vermişdi. Bu səbəbdən onlar seçkinin son nəticəsini gözləməli oldular. “Maxalifətin vahid namizədi Kamal Kılıçdaroğlu xarici investorlara türk pasportlarının verilməsini dayandırmaq planlarından danışırdı”, deyə, o xatırladıb. Bundan əlavə, ekspert əlavə edir, Kılıçdaroğlunun Rusiyaya qarşı sanksiyaları dəstəkləmək planları da Türkiyədə daşınmaz əmlak almaq istəyən rusiyalıllar arasında çaşqınlıq yaratmışdı. “İntermark Real Estate” təsisçilərindən olan İrina Moşeva da Türkiyədə seçkilərin əmlak bazarında qeyri-müəyyənlik yaratdığını təsdiqləyib.  

588628_j6lqdvy51w.jpg (106 KB)

“Tranio”nun icraçı direktoru Mixail Bulanov varlı müştərilərin ev tələbatının artdığını qeyd edib: “Həftə ərzində müraciət edənlərin 48 fazizi 145 min avro dəyərində evə sahib olmaq istəyənlərdir,  İstanbulda əmlak almağa daha çox maraq göstərənlər var”. Ekspert xatırladıb ki, 400 min dollardan başlayan daşınmaz əmlak almaq istəyənlər də az deyil. 

“NF Group”un xarici daşınmaz əmlak departamentinin direktoru Anna Larina deyir ki, hazırda Türkiyədə iki kateqoriyalı alıcılar daşınmaz əmlak əldə edirlər: pasport proqramında iştirak etməyi planlaşdıranlar və ailəsi üçün yay-qış kurprtlarında əmlak axtaranlar. O, Mersin, Alanya və Antalyanı ev almaq istəyənlər arasında ən populyar istiqamətlər adlandırıb. “Keçən il Mersin o qədər də populyar deyildi və indiki maraq digər kurort əyalətlərində qiymətlərin artması ilə bağlıdır” deyə əlavə edib. Bu il Muğla vilayətində də daşınmaz əmlaka tələbat artıb. Avropada ruslar üçün yeni məhdudiyyətlər səbəbindən Türkiyə hələ də populyar istiqamət olaraq qalacaq. 50-100 min avro dəyərində olan daşınmaz əmlak (obyektlər) almaq arzusunda olan olan alıcılar indi Gürcüstan və Misirə üz tuturlar. Digər populyar istiqamətlər arasında o, BƏƏ, Tailand və Balidir, həmçinin Oman, Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanından da əmlak almağa  marağın artdığı görnür.

Ekspertlərin sözlərinə görə, yayda Türkiyədə daşınmaz əmlaka tələbat sabit olacaq. Baxmayaraq ki, xarici konyuktura bazara təsir etməkdə davam edir.  

Orxan ƏLİYEV, 
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR