İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı ekspertdən TRIPP şərhi: məqsəd enerji marşrutlarına nəzarətdir

689 25.06.2026 01:51 Dünya A A

ABŞ-ın Cənubi Qafqazda fəallaşmasının əsas məqsədlərindən biri bölgədəki Rusiya və İran təsirini zəiflətməkdir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikri Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun direktor vəzifəsini icra edən Natalya Tsvetkova səsləndirib.

Onun sözlərinə görə, Donald Tramp administrasiyası NATO-nun şərq cinahına xüsusi əhəmiyyət verir və bölgədə hərbi, iqtisadi və texnoloji əməkdaşlıq mexanizmlərini genişləndirməyə çalışır.

“Bir tərəfdən ABŞ öz maraqlarını irəli aparır, digər tərəfdən isə Rusiyanın iqtisadi və hərbi təsirini, eləcə də İranın mövqelərini sıxışdırmağa çalışır”, – deyə Tsvetkova bildirib.

Ekspert hesab edir ki, Ermənistan və Azərbaycanla imzalanan müxtəlif sazişlər, həmçinin TRIPP layihəsi enerji və nəqliyyat marşrutlarına nəzarət baxımından Vaşinqton üçün mühüm əhəmiyyət daşıyır.

Onun fikrincə, Tramp post-sovet məkanındakı fəallığı gələcəkdə Rusiya ilə mümkün danışıqlarda əlavə siyasi resurs kimi də istifadə edə bilər.

Tsvetkova qeyd edib ki, Vaşinqtonun regiondakı aktivliyi eyni zamanda NATO-nun mövqelərinin güclənməsinə xidmət edir.

Müsahibədə ABŞ-da hakimiyyət dəyişikliyi baş verəcəyi halda bu siyasətin dəyişib-dəyişməyəcəyi məsələsinə də toxunulub.

Ekspertin fikrincə, demokratlar hakimiyyətə gəlsələr belə, ABŞ şirkətlərinin regiondakı investisiyaları, enerji layihələri və texnoloji əməkdaşlıq proqramları ləğv edilməyəcək.

“Amerika biznesinin Ermənistan və Azərbaycana daxil olması, enerji və texnologiya layihələri asanlıqla geri qaytarıla bilməz. Buna görə də mən demokratların hakimiyyətə gələcəyi təqdirdə kəskin dəyişiklik gözləmirəm”, – deyə o vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR