İnsanlara hürriyət, millətlərə istiqlal!

İnəkləri zebra kimi boyadılar – Nəticə hər kəsi təəccübləndirdi

751 14.07.2026 20:55 Maraqlı A A

Zebraların qara-ağ zolaqlarının illərdir müzakirə olunan sirri aparılan maraqlı təcrübə ilə bir daha diqqət mərkəzinə gəlib.

Yapon alimləri zebra zolaqlarının qan sovuran milçəkləri uzaqlaşdırdığı iddiasını yoxlamaq üçün qara rəngli inəkləri ağ zolaqlarla zebra kimi boyayıblar.

Təcrübədə 6 baş qara cins inək üç qrupa bölünüb. Birinci qrupun üzərinə ağ boya ilə zebra zolaqları çəkilib, ikinci qrup qara boya ilə boyanıb, üçüncü qrupa isə heç bir müdaxilə edilməyib.

Daha sonra alimlər hər bir inəyin üzərinə qonan milçəklərin sayını və heyvanların milçəkləri qovmaq üçün göstərdiyi davranışları müşahidə ediblər.

Nəticələr göstərib ki, zebra zolaqları çəkilən inəklərin üzərinə qonan qan sovuran milçəklərin sayı digər qrupla müqayisədə təxminən 50 faiz az olub. Həmçinin bu inəklər quyruq bulamaq, qulaqlarını tərpətmək, ayaqlarını yerə vurmaq və dərilərini titrədərək milçəkləri qovmağa çalışmaq kimi hərəkətləri də daha az ediblər.

Alimlər bildiriblər ki, bu təsir boyadan deyil, qara və ağ zolaqların yaratdığı naxışdan qaynaqlanır. Hesab edilir ki, zolaqlar milçəklərin görmə qabiliyyətini çaşdırır və onların heyvanın üzərinə qonmasını çətinləşdirir.

Tədqiqat müəllifləri bu üsulun gələcəkdə iribuynuzlu heyvandarlıqda istifadə olunan kimyəvi həşərat dərmanlarına daha ekoloji alternativ ola biləcəyini qeyd ediblər.\\"Yeni Sabah" 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR