Rusiyanın enerji nəhəngi “Qazprom”un səhmləri son günlərdə kəskin ucuzlaşıb.
Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın yeni sanksiya təhdidləri və Rusiyanın kölgə donanmasına qarşı məhdudiyyətlər fonunda şirkətin səhmləri təxminən 1,33 dollar səviyyəsinə qədər geriləyib.
Bu qiymət bəzi ölkələrdə satılan bir paket əriştənin dəyərindən də aşağıdır. Məhz buna görə sosial şəbəkələrdə və iqtisadi dairələrdə “Qazprom”un səhmləri ilə əriştə arasında maraqlı müqayisələr aparılır.
Qeyd olunur ki, Rusiyanın enerji sektoruna qarşı təzyiqlərin artması investorların riskləri yenidən qiymətləndirməsinə səbəb olub. Bu da “Qazprom”un bazar dəyərinə mənfi təsir göstərib.
Musavat.com






