İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada ağır yol qəzasında 5 nəfər ölüb

440 27.08.2023 10:52 Hadisə A A

Rusiyanın Xabarovsk diyarında “KAMAZ”ın aşması nəticəsində 5 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə idarəsinin saytında məlumat verilib.

“İlkin məlumatlara görə, “KAMAZ” markalı avtomobilin Albazindən Xarpiçan kəndi istiqamətində hərəkətdə olan 1978-ci il təvəllüdlü sürücüsü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb”, - məlumatda diqqətə çatdırılıb.

Avtomobildəkilər rayon müəssisələrindən birinin işçiləri olub. Qəza nəticəsində sürücü və 4 sərnişini (1968, 1978, 1989, 1992-ci il təvəllüdlü) təcili yardım gələnə kimi ölüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR