İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Silahlı Qüvvələrində fərarilik və itaətsizlik artır

512 12.07.2022 11:30 Gündəm A A


“Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətində fərarilik və itaətsizlik artır”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutunun məlumatında bildirilib.

“Müqavimət hərəkatı qarşı tərəfin işğal olunmuş ərazilər üzərində inzibati nəzarəti gücləndirməsinə mane olur. Ukrayna partizanları əməkdaşlıq edənləri və işğalçıları uğurla “ovlayır””, - məlumatda qeyd olunub.

Həmçinin qeyd olunub ki, Rusiyanın 49-cu Əlahiddə Ümumqoşun Ordusunun 205-ci ayrı-ayrı motoatıcı briqadasının 300 hərbçisi Ukraynada döyüşməkdən imtina edib.

Qeyd edək ki, bundan əvvəl Rusiya ordusunun cənub istiqamətində mövqelərini saxlamağa çalışdığı, hücum hərəkətləri etmədiyi barədə məlumat verilmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR