İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya: orduya dair pis şeylər yazanların əmlakı müsadirə olunacaq - Qanun imzalanıb

396 14.02.2024 13:23 Dünya A A

Rusiya prezidenti Vladimir Putin Rusiya ordusuna və dövlət təhlükəsizliyinə qarşı cinayətlərə dair saxtakarlıqlara görə əmlakın müsadirə edilməsi haqqında qanun imzalayıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

Qanun Rusiya Federasiyasının Cinayət Məcəlləsinə (CM) dəyişiklik edir və əmlakın müsadirə oluna biləcəyi cinayətlərin siyahısını genişləndirir. İndi belə bir cəza Rusiya Silahlı Qüvvələri haqqında və onların səlahiyyətlərinin dövlət orqanları tərəfindən həyata keçirilməsi barədə bilə-bilə yalan məlumatların ictimaiyyətə yayılmasına (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsi), habelə dövlətin təhlükəsizliyinə qarşı yönəlmiş (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 280.4-cü maddəsi) fəaliyyətə açıq çağırışlara görə təyin edilə bilər. 

Eyni zamanda, sənəddə bu maddələrlə məhkum olunmuş şəxsin bütün pulları, qiymətli əşyaları və ya digər əmlakının müsadirə edilməsi nəzərdə tutulur. 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR